İran nümayəndə heyəti ABŞ-la danışıqlar üçün İslamabada gəlib

11 Aprel 2026 00:07 (UTC+04:00)

İran nümayəndə heyəti ABŞ-la danışıqlar üçün İslamabada gəlib.

Bu barədə İranın IRIB dövlət televiziyası məlumat yayıb.

Məlumata görə, nümayəndə heyətinə parlamentin spikeri Məhəmməd Baqer Qalibaf rəhbərlik edir.

Heyətə həmçinin İran Mərkəzi Bankının rəhbəri Əbdolnasir Hemmati, Müdafiə Şurasının katibi Əli Əkbər Əhmədian və xarici işlər naziri Abbas Əraqçi daxildir.