Obama Ruhaniyə söz verdi

20 Sentyabr 2013 22:18 (UTC+04:00)
ABŞ prezidenti Barak Obama iranlı həmkarı Həsən Ruhaniyə yazdığı məktubda Tehrana qarşı sanksiyaları aradan qaldıracağına söz verib. APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə "New York Times" Obama administrasiyasındakı mənbəyə istinadən xəbər yayıb. Xəbərdə bildirilir ki, sanksiyalar İranın müvafiq öhbəliklərə əməl etdiyi və beynəlxalq ictimaiyyətlə əməkdaşlıqda qeyri-müəyyənlikdən yaxa qurtaracağı təqdirdə aradan götürülə bilər.

Obama administrasiyasındakı mənbə həmçinin qeyd edib ki, ABŞ prezidenti sanksiyaların qısa zamanda aradan qaldırılacağına dair vəd verməyib.

Obamanın məktubunun Ruhaniyə təxminən 3 həftə əvvəl çatdırıldığı bildirilir.

AzNews.az