Baş nazirin müavini övladlarina görə işdən qovuldu

20 Sentyabr 2013 22:28 (UTC+04:00)
Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov baş nazirin müavini, dövlət başçısı aparatının işlər müdiri Xocaməhəmməd Məhəmmədovu övladlarının nalayiq hərəkətləri ilə bağlı məlumatlara əsasən işdən qovub. Musavat.com-un RİA "Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə qərar hökumətin iclasından sonra Türkmənistanın daxili işlər naziri İsgəndər Mullikov tərəfindən açıqlanıb. Nazir deyib ki, Xocaməhəmməd Məhəmmədovun iki oğlu və kürəkəni dəfələrdə Aşqabadın əyləncə mərkəzlərində, Xəzər sahilindəki turizm xonasında, hətta təyyarə göyərtəsində dava salıblar.
Xocaməhəmməd Məhəmmədov hökumətdə ticarət və fərdi sahibkarlığa nəzarət edirdi. O, Türkmənistan hökumətindəki veteranlardandır və Qurbanqulu Berdıməhəmmədovun ilk prezidentliyindən bu vəzifədə işləyirdi.

AzNews.az