İran XİN: Heç kim bir görüşdə razılaşmanın əldə olunacağını gözləmirdi

12 Aprel 2026 10:06 (UTC+04:00)

Heç kim bir görüşdə razılaşmanın əldə olunacağını gözləmirdi.

İran Dövlət Televiziyasının xəbərinə görə, bunu Pakistanin vasitəçiliyi ilə İslamabadda ABŞ-la keçirilən danışıqları şərh edən İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai deyib.

“Əlbəttə, başlanğıcdan etibarən bir iclasda razılığa gələcəyimizi gözləməməli idik. İslamabad danışıqlarına Hörmüz boğazı və regional məsələlər daxil olmaqla çox mürəkkəb problemlər əlavə edildi. Bu məsələlərin təxminən 24 saatlıq danışıqlarda həll olunmasının gözlənilməməsi təbii idi”, – deyə İsmayıl Bəqai qeyd edib.

İran XİN sözçüsü Pakistan və digər region ölkələri ilə məsləhətləşmələrin davam edəcəyini də bildirib.

Aznews.az