Azərbaycanın futzal millisinin Qazaxıstanla oyunlar üçün heyəti bəlli olub

12 Aprel 2026 15:01 (UTC+04:00)

Aprelin 13-də və 15-də Aktau şəhərində Qazaxıstan yığması ilə qarşılaşacaq Azərbaycanın futzal millisi bu gün gecə saatlarında səfərə çıxacaq.

Aznews.az xəbər verir ki, baş məşqçi Yevgeni Kukseviç matçlara 2-si qapıçı olmaqla ümumilikdə 16 oyunçu aparacaq.

Tbilisi səfərindən sonra əvvəlcədən razılaşdırıldığı kimi, ailə vəziyyəti ilə əlaqədar qapıçı Rövşən Hüseynli Cavad Məmmədovla əvəzlənib.

Qapıçılar: Emin Kürdov (Araz-Naxçıvan), Cavad Məmmədov (Baku Fire)

Oyunçular: Nihad İsmayılov, Emil Həsənzadə, Tofiq Əliyev (hamısı Neftçi İK), Tofiq Mikayılov, Oqtay Rüstəmli, Eldar Zeynalov, Novruz Kazıxanov, Murad Quluzadə, Kənan Manafov, Fərid Abbasov (hamısı Baku Fire), Pünhan Qasımzadə (U-19), Ədalət Ələkbərov, Ülvi Əliyev (hər ikisi Araz-Naxçıvan), Qüdrət Qasımzadə (Şuşa)

Qeyd edək ki, Qazaxıstan millisi ilə görüş aprelin 13-də və 15-də Aktau şəhərindəki BS Arenada keçiriləcək.