Macarıstanda parlament seçkilərində səsvermə başa çatdı

12 Aprel 2026 22:41 (UTC+04:00)

Macarıstanda parlament seçkiləri üzrə səsvermə məntəqələri bağlanıb.

Aznews.az xəbər verir ki, bu barədə ölkənin Milli Seçki Bürosu (NVI) məlumat yayıb.

Məlumata görə, seçki məntəqələri yerli vaxtla saat 19:00-da bağlanıb, lakin növbədə olan seçicilərə səsvermə imkanı verilib.

Seçkilərdə iştirak həddi tətbiq olunmur və seçkilər baş tutmuş sayılır.

İlkin məlumata görə, seçici fəallığı 77,8% təşkil edib ki, bu da rekord göstəricidir.