Xəzərdə daha bir zəlzələ oldu

13 Aprel 2026 09:36 (UTC+04:00)

Xəzər dənizində 3.2 maqnitudalı zəlzələ qeydə alınıb.

Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.

Bildirilib ki, aprelin 12-də yerli vaxtla 23:45-da qeydə alınan zəlzələnin ocağı 32 kilometr dərinlikdə olub.

Aznews.az