İngiltərədən ABŞ-nin Hörmüz planına etiraz: “Blokadanın bir hissəsi olmayacağıq”

13 Aprel 2026 11:29 (UTC+04:00)

ABŞ prezidenti Donald Trampın Amerika donanmasının Hörmüz Boğazını blokadaya alacağı ilə bağlı açıqlamasından sonra İngiltərədən diqqətçəkən reaksiya gəlib.

“Sky News”un məlumatına görə, Böyük Britaniya hökuməti bu strateji dəniz yolunda həyata keçiriləcək hər hansı blokadanın tərkib hissəsi olmayacağını bildirib.

İngiltərə hökumətinin sözçüsü Londonun mövqeyini belə izah edib: “Qlobal iqtisadiyyatı və ölkəmizdə həyat səviyyəsini qorumaq üçün həyati əhəmiyyət daşıyan Hörmüz boğazının açıq qalmasını və gəmiçilik azadlığını dəstəkləməyə davam edirik. Bu boğaz heç bir halda ödənişli olmamalıdır.”

ABŞ-nin Mərkəzi Komandanlığının (CENTCOM) blokadanın yaxın zamanda başlayacağını açıqlamasına baxmayaraq, İngiltərənin fərqli yol seçdiyi bildirilir.

Məlumata görə, London bölgədə ticarət marşrutlarının təhlükəsizliyini təmin etmək üçün alternativ diplomatik və hərbi plan üzərində işləyir. Hökumət sözçüsü qeyd edib ki, bu məqsədlə Fransa və digər tərəfdaşlarla birlikdə geniş koalisiya yaratmaq istiqamətində təcili danışıqlar aparılır.

Mövsüm

AzNews.az