Aprelin 12-nə keçən gecə paytaxtın Suraxanı rayonu Zığ şosesində baş vermiş ağır qəzada ölənlərin kimliyi müəyyənləşib.
AzNews.az xəbər verir ki, 2002-ci il təvəllüdlü Elmir Vaqif oğlu Qubadovun idarə etdiyi “Toyota Carolla”nın yolun hərəkət hissəsində dayanmış yük maşınına çırpılması nəticəsində 2 nəfər hadisə yerində ölüb.
Bunlar 1986-cı il təvəllüdlü Elvin Vaqif oğlu Əsgərov və 1984-cü il təvəllüdlü Samir Qismət oğlu Məmmədovdur. Hadisə nəticəsində 1965-ci il təvəllüdlü Azad Yaqub oğlu Əhmədov isə xəsarətlər alıb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Qeyd edək ki, hadisəyə yük maşınının sutkanın qaranlıq vaxtı təhlükəsizlik tədbirlərinə əməl etməməsi səbəb olub.