Bulvarda gülləri əzən 10 nəfər polisə çağırıldı - VİDEO

13 Aprel 2026 14:36 (UTC+04:00)

Dənizkənarı Milli Park ərazisində əkilmiş gülləri əzərək çiçəkliyi yararsız hala salan şəxslərin kimliyi müəyyənləşdirilib.

AzNews.az xəbər verir ki, məsələ ilə bağlı aparılan araşdırmalarla həmin əməlləri törədən 10-a yaxın şəxs müəyyən olunaraq polisə çağırılıb.

Həmin şəxslər barəsində məsuliyyət tədbirləri görülür.