Məlumata əsasən, cari ilin birinci rübünda qeyd olunan göstərici 457 min barel təşkil edib, bu da ötən ilin birinci rübünün göstəricisi (466 min barel) ilə müqayisədə 9 min barel azdır.
Bildirilir ki, 2025-ci ildə Azərbaycanda ortalama gündəlik xam neft hasilatı 461 min barel olub, bu da 2024-cü ilin göstəricisi ilə müqayisədə 20 min barel azdır.
Xatırladaq ki, Azərbaycan “OPEC+” razılaşmasının iştirakçısıdır. “OPEC+” Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması (bazarı tarazlamaq məqsədi ilə - red.) üzrə təşəbbüsdür.
Qeyd edək ki, “OPEC+” ölkələri nazirlərinin əldə etdiyi razılığa görə, 2026-ci ilin sonunadək Azərbaycanın hasilat kvotası gündəlik 551 min barel təşkil edir. Beləliklə, Azərbaycan cari ilin mart ayında və ilin birinci rübündə "OPEC+" çərçivəsində kvotadan 94 min barel geri qalıb.