AMB: Əhalinin borc yükü artıb

13 Aprel 2026 16:58 (UTC+04:00)

Bu il yanvarın 1-nə Azərbaycan əhalisinin borc yükünün sərəncamında qalmış gəlirlərinə nisbəti ötən ilin sonu ilə müqayisədə 0,4 faiz bəndi artaraq 18,4 % olub.

Aznews.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının illik "Maliyyə Sabitliyi hesabatı"nda bildirilir.

"Əhalinin borc yükü üzrə dinamikası diqqət mərkəzində saxlanılır. Əhalinin sərəncamda qalan gəlirlərində müsbət artım dinamikası müşahidə edilsə də, əhalinin borc yükünün sərəncamda qalan gəlirdə payının artımı müşahidə edilir", - deyə hesabatda qeyd olunub.