Azərbaycanın akrobatika gimnastları Dünya Kubokunda qızıl medal qazanıblar

13 Aprel 2026 17:21 (UTC+04:00)

Azərbaycanın akrobatika gimnastları Belçikanın Puurs şəhərində keçirilən Dünya Kubokunda qızıl medal qazanıblar.

Aznews.az xəbər verir ki, Bu barədə Azərbaycan Gimnastika Federasiyasından məlumat verilib.

Anahita Bəşiri, Nəzrin Zeyniyeva və Zəhra Rəşidovadan ibarət qadın qrupu 29.350 xalla birinci yeri tutub.