Dizel və gübrə ilə yüklənmiş qatar Azərbaycandan Ermənistana yola salınıb - FOTO

14 Aprel 2026 10:47 (UTC+04:00)

Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası yola salınıb.

Aznews.az xəbər verir ki, bu gün Biləcəri stansiyasından Ermənistana 22 vaqon (1298 ton) dizel yanacağı göndərilib.

Eyni zamanda, Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 4 vaqondan ibarət, çəkisi 240 ton olan gübrə yola salınıb.

Qeyd edək ki, indiyədək Azərbaycandan Ermənistana 6312 ton dizel, 979 ton Aİ-92 benzini və 2955 ton Aİ-95 benzini ixrac olunub.

Xatırladaq ki, bu günə kimi Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 23,9 min ton taxıl, 1100 tondan çox gübrə və 68 ton qarabaşaq göndərilib.