Azərbaycana Asiyadan turist axını 14 %-ə yaxın azalıb

14 Aprel 2026 13:00 (UTC+04:00)

Bu ilin yanvar-fevral aylarında Azərbaycan Asiya ölkələrindən ümumilikdə 69 min 289 turist qəbul edib.

Aznews.az xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13,5 % azdır.

Belə ki, Cənubi Asiyadan gələnlərin sayı 35,9 % azalaraq 29 760 nəfər, Mərkəzi Asiyadan gələnlərin sayı 19,9 % artaraq 29 min 542 nəfər, Şimali-Şərqi Asiyadan gələnlərin sayı 22,1 % artaraq 7 min 686 nəfər, Cənub-Şərqi Asiyadan gələnlərin sayı isə 16,3 % azalaraq 2 301 min nəfər olub.

Cənubi Asiya ölkələri arasında ən çox turist Hindistandan olub – 15 min 416 nəfər. Lakin bu istiqamətdə 54,2 % azalma qeydə alınıb. Pakistandan 12 min 399 nəfər (+13,5 %), Şri Lankadan 1 min 032 nəfər (+33,9 %), Banqladeşdən 461 nəfər (-37,3 %), Nepaldan 337 nəfər (+5,3 %), Maldivdən 104 nəfər (3,1 dəfə çox), Əfqanıstandan isə 11 nəfər olub (+10 %) turist gəlib.

Mərkəzi Asiya ölkələri arasında isə ən çox turist Qazaxıstandan olub - 12 min 216 nəfər. Bu istiqamətdə 10,2 % artım qeydə alınıb. Özbəkistandan 9 min 821 nəfər (+66,6 %), Türkmənistandan isə 4 min 488 nəfər (-7,9 %) Qırğızıstandan 1 559 nəfər (+33,7 %), Tacikistandan 1 458 nəfər (-5,8 %) turist gəlib.

Şimali-Şərqi Asiya ölkələri arasında isə ən çox turist Çindən olub – 6 min 680 nəfər. Bu istiqamətdə 24,2 % artım qeydə alınıb. Cənubi Koreyadan 460 nəfər (+ 11,1 %), Yaponiyadan 459 nəfər (+6 %), Monqolustandan 87 nəfər (+29,9 %) turist gəlib, Şimali Koreyadan isə turist axını dayanıb.

Cənub-Şərqi Asiya ölkələri arasında isə ən çox tusirt Filippindən olub - 1 min 292 nəfər. Bu istiqamətdə 28,1 % azalma qeydə alınıb. İndoneziyadan 433 nəfər (+13,4 %), Malayziyadan 293 nəfər (-12,8 %), Vyetnamdan 1 01 nəfər (+87 %), Sinqapurdan 98 nəfər (+15,3 %), Taylanddan 79 nəfər (-10,2 %), Bruneydən 2 nəfər (2 dəfə azalıb), Kambocadan 2 nəfər (-50 %), Laosdan isə 1 nəfər (-50 %) turist gəlib.

Hesabat dövründə Azərbaycana 163 ölkədən 337,3 min əcnəbi vətəndaş səfər edib, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,4 % azdır.