Faiq Hacıyev: "Turan Tovuz" doğmalaşıb, artıq özümə tovuzlu deyə bilərəm"

14 Aprel 2026 17:16 (UTC+04:00)

"Turan Tovuz"un futbolçusu Faiq Hacıyev özünü tovuzlu hiss edir.

Aznews.az xəbər verir ki, Bunu yarımmüdafiəçi özü bildirib.

O, qərb təmsilçisinin heyətində Misli Premyer Liqasında 100-cü oyununu keçirməsi ilə bağlı danışıb:

"Oyundan əvvəl 100-cü matçımın olduğunu bilirdim. Bu, mənim üçün çox sevindiricidir. Həqiqətən qürur duyuram. Tarixi bir klubda yubiley rəqəmə çatdığım üçün xoşbəxtəm. Davamlı olması və oyun sayının artması üçün çalışacağam. Bu komandada qalmaq və daha yaxşı uğurlar qazanmaq üçün əlimdən gələni edəcəyəm. Mənə forma şansı verdiyi üçün məşqçilər heyətinə təşəkkür edirəm. Klub rəhbərliyinə mənə güvəndikləri üçün minnətdaram. Azarkeşlərə də təşəkkür edirəm. Komanda mənə çox doğmalaşıb. Artıq özümə tovuzlu deyə bilərəm. Bura mənim üçün doğma şəhərdir. Hamımız birlikdə daha böyük uğurlar qazanıb, daha yaxşı oyun sərgilməyə çalışacağıq".

Qaxda anadan olan 26 yaşlı futbolçu addım-addım avrokuboklara yaxınlaşdıqlarını söyləyib:

"Hazırda turnir cədvəlimdə mövqeyimiz pis deyil. Avrokuboklara düşmək ən başlıca hədəfimizdir. İnşallah, mövsümün sonunda da ən azı bu pillədə qalarıq. Hər zaman öz meydanımızda azarkeşləri sevindirmək istəyirik".

Qeyd edək ki, Faiq Hacıyev Misli Premyer Liqasının XXVII turunda "Sumqayıt"a qarşı keçirilən matçda 100-cü oyununa çatıb.