Ceyhun Bayramov Mixail Qaluzin ilə görüşüb

14 Aprel 2026 18:06 (UTC+04:00)

14 aprel 2026-cı il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Mixail Qaluzini qəbul edib.

Görüş zamanı, Azərbaycan–Rusiya münasibətlərinin siyasi, iqtisadi-ticarət və humanitar aspektləri, habelə qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.

Aznews.az xəbər verir ki,Əməkdaşlıq gündəliyində duran məsələlərin müzakirəsi baxımından qarşılıqlı səfərlərin və təmasların əhəmiyyəti vurğulanıb.

Tərəflər Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının fəaliyyətinin ikitərəfli iqtisadi əlaqələrin inkişafında mühüm rol oynadığını qeyd edərək, bu mexanizm çərçivəsində görülən işlər və perspektiv istiqamətlər üzrə müzakirələr aparıblar.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, əməkdaşlığın gələcək perspektivləri nəzərdən keçirilib.