"Bornmut"un baş məşqçisi Andoni İraola klubdan ayrılmağı planlaşdırır

14 Aprel 2026 18:18 (UTC+04:00)

İngiltərənin "Bornmut" klubunun baş məşqçisi Andoni İraola bu mövsümün sonunda işindən ayrıla bilər.

Aznews.az xəbər verir ki, 43 yaşlı ispan mütəxəssis karyerasını başqa bir Avropa klubunda davam etdirmək niyyətindədir.

İraola 2023-cü ilin yayından etibarən "Bornmut"u çalışdırır. Komanda hazırda İngiltərə Premyer Liqasında mövsümün bitməsinə altı tur qalmış 11-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, İraola daha əvvəl İspaniyada "Rayo Valyekano", "Mirandes" və Kiprdə AEK komandalarında baş məşqçi kimi fəaliyyət göstərib.