“Azərbaycanın daxili işinə qarışa bilmərik“ - Türk deputat

21 Sentyabr 2013 08:42 (UTC+04:00)



Məclisinin (TBMM) aparat rəhbəri, hakim AKP-li deputat Mustafa Kabakçı ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə bağlı təmsil etdiyi partiyanın mövqeyini bildirib.

Modern.az-a açıqlamasında M.Kabakçı prezident seçimlərində xalqımıza uğurlar arzu edərək, layiqli namizədə dəstək olmağa çağırıb.

AKP rəsmisinin sözlərinə görə, Azərbaycanın növbəti prezidentinin kimliyinindən aslı olmayaraq ölkələrimiz arasında münasibətlər qardaşlıq müstəvisində davam edəcək:

"Bizim istədiyimiz tək şey qardaş ölkədə sabitlik bundan sonra da davam etsin. Prezident seçkiləri Azərbaycanın daxili işidir. Biz qardaş ölkə olsaq da, Azərbaycanın daxili işinə qarışa bilmərik. Azərbaycan üçün qarşıdan gələn prezident seçkilərinə xalq kimi seçəcəksə, biz də onu tərbik edib dəstək olacağıq. Seçimlərdə haqq-ədalət, demokratiya qalib gəlsin. Arzu edirik ki, Azərbaycanın növbəti prezidentinin kimliyindən aslı olmayaraq ölkələrimiz arasında münasibətlər bundan sonraqa qardaşlıq müstəvisində davam etsin.

Bizim düşüncələrimiz, siyasi istəklərimiz ayrı olsa da, qardaşıq. Bunu kimsə dana bilməz. Türkiyə olaraq biz seçimlərdə arzu edirik ki, Azərbaycana xalq üçün ən layiqli şəxs prezident seçilsin. İnanırıq ki, xalqınız öz seçimini düzgün edəcək"-deyə türkiyəli deputat bildirib.

AzNews.az