Tramp İranla atəşkəsin uzadılmasına ehtiyac görmür

15 Aprel 2026 12:15 (UTC+04:00)

ABŞ Prezidenti Donald Tramp bildirib ki, İranla atəşkəsin uzadılmasını zəruri hesab etmir, çünki münaqişə “bu və ya digər şəkildə” sona çatacaq.

Bu barədə Conatan Karl Amerika lideri ilə söhbətindən sonra məlumat verib.

Karlın sözlərinə görə, Tramp ona bildirib ki, atəşkəsin uzadılması məsələsini nəzərdən keçirmir və bunu vacib saymır.

Jurnalist Trampdan müharibənin razılaşma ilə bitib-bitməyəcəyini, yoxsa ABŞ-nin sadəcə İranın imkanlarını məhv etdiyini elan edib-etməyəcəyini soruşub. Tramp cavabında qeyd edib ki, hadisələr müxtəlif ssenarilərlə inkişaf edə bilər, lakin razılaşma daha üstün variantdır. Onun fikrincə, bu halda İranın bərpa olunması mümkün olar, xüsusilə də hazırda ölkədə fərqli bir rejimin mövcud olduğu nəzərə alınarsa.

Mövsüm,

AzNews.az