Latviya Azərbaycanla ting istehsalı üzrə birgə müəssisənin yaradılması imkanını nəzərdən keçirir

15 Aprel 2026 14:24 (UTC+04:00)

Latviya Azərbaycanla tinglərin yetişdirilməsi və istehsalı üzrə birgə müəssisənin yaradılmasında maraqlıdır.

Aznews.az xəbər verir ki, Bunu Latviyanın kənd təsərrüfatı naziri Armands Krauze bildirib.

"Meşə sektoru inzibati olaraq kənd təsərrüfatı sahəsinə aiddir və biz ting istehsalı üzrə birgə müəssisənin yaradılması imkanlarını nəzərdən keçirməkdə maraqlıyıq. Bu, Azərbaycana meşələri daha sürətli və daha az xərclə bərpa etməyə imkan verə bilər. Bu, həqiqətən vacib istiqamətdir. Ağac növlərindəki fərqlərə baxmayaraq, tinglərin yetişdirilməsi və meşələrin bərpası texnologiyaları bir çox cəhətdən universaldır. Məhz bu sahədə səmərəli əməkdaşlıq üçün böyük potensial görürük", - nazir qeyd edib.

O vurğulayıb ki, Latviya tullantıların emalı sahəsində Azərbaycanla əməkdaşlığın inkişafına ümid edir.

"Mən Bakıda COP29 iqlim konfransında (2024-cü ilin noyabrında - red.) iştirak etmişəm, tədbirdə ölkəmizin özəl şirkətlərinin nümayəndələri də olub. Bu sahədə əməkdaşlığın daha da inkişaf etdirilməsinə ümid edirik. Dövlət də öz tərəfindən zəruri dəstəyi göstərməyə hazırdır. Bu, həqiqətən vacib istiqamətdir, çünki tullantıların idarə olunması birgə həll yolları tələb edən qlobal problemlərdən biri olaraq qalır", - Krauze bildirib.

Müsahibənin tam mətni ilə bu link vasitəsilə tanış olmaq mümkündür.