Azərbaycanın qadınlardan ibarət basketbol millisi Dünya Kubokunda mübarizə aparacaq

15 Aprel 2026 18:49 (UTC+04:00)

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Dünya Kubokunda mübarizə aparacaq.

Aznews.az xəbər verir ki, Bu barədə Azərbaycan Basketbol Federasiyasından məlumat verilib.

Yarış iyunun 1-7-də Polşanın paytaxtı Varşavada keçiriləcək.

Milli komanda A qrupunda Niderland, Polşa, Çexiya və Madaqaskar seçmələri ilə münasibətləri aydınlaşdıracaq.