Azərbaycan Ermənistandan məhsul idxalına başlayıb

16 Aprel 2026 10:14 (UTC+04:00)

Bu ilin I rübündə Azərbaycan Ermənistana 5 milyon 757.48 min ABŞ dolları dəyərində məhsul ixrac edib.

Aznews.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Hesabat dövründə Ermənistandan Azərbaycana idxal olunan məhsulların dəyəri isə 960 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, Azərbaycandan Ermənistana ötən ildən neft məhsullarının göndərilməsinə başlanılıb.