UEFA Çempionlar Liqasının ilk oyununda Bayern Münhen komandasına 2-1 uduzan Real Madrid, cavab matçında Alman nəhəngi ilə səfərdə qarşılaşıb.
Real Madrid-in Bavariya klubuna qonaq olduğu oyunda möhtəşəm qollar vuran Arda Güler, qapıçı Manuel Neuer-i iki dəfə çarəsiz qoymağı bacarıb.
Allianz Arena-da keçirilən matçın 35-ci saniyəsində Neuer-in böyük səhvini qola çevirən Arda Güler, 29-cu dəqiqədə isə cərimə zərbəsindən möhtəşəm bir qola imza atıb.
Ardanın frikik zərbəsi zamanı topu çıxarmağa çalışan Alman futbol əfsanəsi Manuel Neuer-in görüntüsü sosial mediada ən çox paylaşılan anlardan biri olub.
Neuer-in aciz qaldığı anları paylaşan sosial media istifadəçiləri türkiyəli futbolçu barədə tərif dolu fikirlər yazıblar.
Alman qapıçı isə bəzi istifadəçilər tərəfindən zarafat mövzusuna çevrilib.
