Çin təbii qaz təchizatı üçün BU ÖLKƏYƏ ÜZ TUTDU

17 Aprel 2026 14:18 (UTC+04:00)

Çin Dövlət Şurasının açıqlamasına görə, Baş nazirin müavini Din Syuəşyan enerji və infrastruktur sahələrində əməkdaşlığı genişləndirmək məqsədilə 15–17 aprel tarixlərində Türkmənistana rəsmi səfər edib.

Səfər çərçivəsində Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov ilə görüşən Din, xüsusilə təbii qaz sahəsində əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini vurğulayıb. O, həmçinin nəqliyyat əlaqələri, ticarət, investisiya və elmi-texnoloji innovasiya sahələrində konkret layihələrin artırılmasının hədəfləndiyini bildirib.

Berdiməhəmmədov isə Türkmənistanın Çinlə qaz əməkdaşlığına prioritet verməyə davam edəcəyini, eyni zamanda infrastruktur və yüksək texnologiyalar sahəsində birgə işlərin gücləndiriləcəyini qeyd edib.

Din Syuəşyan mart ayında imzalanan razılaşmaya əsasən Çin Milli Neft Şirkəti (CNPC) və Türkmənqaz tərəfdaşlığı ilə inkişaf etdiriləcək Qalkınış qaz yatağının 4-cü mərhələsinin təməlqoyma mərasimində iştirak edib. Dünyanın ən böyük ikinci qaz ehtiyatlarından birinə malik bu yataqda yeni mərhələdə illik 10 milyard kubmetr istehsal planlaşdırılır.

O, həmçinin Çin ilə Türkmənistan arasında 3 aprel 2006-cı ildə imzalanmış qaz boru kəməri və uzunmüddətli tədarük razılaşmasının 20 illiyi münasibətilə Aşqabadda keçirilən konfransa qatılıb.

Mövsüm,

AzNews.az