"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər

17 Aprel 2026 15:17 (UTC+04:00)

İran və ABŞ arasında danışıqların növbəti raundunda anlaşma memorandumu imzalana bilər.

Aznews.az xəbər verir ki, Bu barədə anonim Pakistan rəsmisi “Reuters“ə danışıb.

Mənbə bildirib ki, ABŞ və İran arasındakı diplomatik prosesdə irəliləyişlər var və iki ölkə anlaşma memorandumu imzalaya, ardınca 60 gün ərzində hərtərəfli razılaşma əldə edə bilərlər.

“Tərəflər prinsipcə bununla razıdır. Ardınca texniki məsələlər müzakirə olunacaq”, - mənbə qeyd edib.

Xatırladaq ki, bundan əvvəl “Politico” ABŞ Prezidenti Donald Trampın İranla razılaşma əldə edə bilmək üçün daha çox güzəştə getməyə hazır olduğu barədə yazı dərc edib.