"Brent" markalı neft 10 dollar ucuzlaşıb

17 Aprel 2026 18:36 (UTC+04:00)

Londonun "ICE Futures" birjasında "Brent" markalı neftin iyun fyuçerslərinin qiyməti Hörmüz boğazının açılması barədə bəyanatlardan sonra ucuzlaşmaqda davam edir.

Aznews.az xəbər verir ki, Cümə günü Moskva vaxtı ilə saat 16:47-yə (Bakı vaxtı ilə 17:47-yə) olan vəziyyətə görə, Brent 10 ABŞ dolları (10,06%) ucuzlaşaraq bir barel üçün 89,39 ABŞ dollarına düşüb.