Seçkidə terrora hazırlaşan dəstə zərərsizləşdirildi

21 Sentyabr 2013 14:39 (UTC+04:00)
Tacikistanda prezident seçkiləri ərəfəsində terror akti törətməyə hazırlaşan cinayətkar dəstənin 6 üzvü saxlanılıb.


Ölkənin Milli Təhlükəsizlik Komitəsinin mətbuat xidmətind’n verilən məlumata görə, cinayətkar dəstə artıq bir necə cinayət törədib.

Dəstənin başçısı Almurad Maxanov Pakistanda xüsusi düşərgədə təlim keçib. O, hələ 2010-cu ildə beynəlxalq axtarışa verilib.

Yaxalanan dəstə üzvləri xüsusi təcridxanada saxlanılır. Onlara qarşı Cinayət Məcəlləsinin "terrorizm" maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Qeyd edək ki, Tacikistanda prezident seçkiləri noyabrın 6-da keçiriləcək.

Elnur
AzNews.az