Burhanəddin Duran və Hikmət Hacıyev Antalya Diplomatiya Forumu çərçivəsində görüşüblər

18 Aprel 2026 02:19 (UTC+04:00)

Türkiyə Prezident Aparatının Kommunikasiya rəhbəri Burhanəddin Duran Antalya Diplomatiya Forumu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb.

Aznews.az xəbər verir ki, Burhanəddin Duran bu barədə "X"dəki hesabında yazıb.

"Antalya Diplomatiya Forumu (#ADF2026) çərçivəsində Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri, əziz qardaşım Hikmət Hacıyevlə görüşdük.

Türkiyə ilə Azərbaycan arasında dərin köklərə malik qardaşlıq əlaqələri ortaq tariximiz və güclü əməkdaşlıq ruhu ilə dəstəklənən hər sahədə möhkəmlənməyə davam edir.

Görüşdə kommunikasiya, media və ictimai diplomatiya sahələrində atıla biləcək birgə addımlara diqqət yetirdik.

Dezinformasiya ilə mübarizə, etibarlı məlumatları effektiv şəkildə yayılması və strateji kommunikasiyalarda koordinasiyanı gücləndirmək barədə razılığımızı bir daha təsdiqlədik.

Cənab Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın müəyyən etdiyi vizyona uyğun olaraq, dost və qardaş Azərbaycanımızla sıx əlaqədə güclü əməkdaşlığımızı davam etdirəcəyik", - B.Duran yazıb.

Antalya Diplomasi Forumu (#ADF2026) kapsamında, Azerbaycan Cumhuriyeti Cumhurbaşkanı Yardımcısı, kıymetli kardeşim Hikmet Hacıyev ile bir araya geldik.

Türkiye ile Azerbaycan arasındaki köklü kardeşlik bağları, ortak tarih ve güçlü iş birliği anlayışıyla her alanda güçlenmeye… pic.twitter.com/BOJckiIZOt

— Burhanettin Duran (@burhanduran) April 17, 2026