General-mayor vəzifəsindən azad edildi

18 Aprel 2026 12:24 (UTC+04:00)

Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin rəisi general-mayor Müşfiq Məmmədov vəzifəsindən azad edilib.

AzNews.az xəbər verir ki, bu barədə APA-ya Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən məlumat verilib.

Bildirilib ki, o, səhhətində yaranan vəziyyətlə əlaqədar öz arzusu ilə ordu sıralarından ehtiyata buraxılıb.