İsrail ilə Livan arasında əldə olunan atəşkəsdən sonra mühüm hadisə baş verib. İranın xarici işlər naziri Abbas Əraqçi razılaşmadan sonra Hörmüz boğazının açıldığını açıqlayıb.
Bunun ardınca açıqlama verən ABŞ Prezidenti Donald Tramp İrana təşəkkür edib. Lakin o, qısa müddət sonra əlavə edib ki, tam razılaşma əldə olunana qədər boğaza yönəlik blokada davam edəcək.
Bu bəyanatdan bir neçə saat sonra İran qarşı addım ataraq, ABŞ-nin dəniz blokadası davam etdiyi üçün Hörmüz boğazını yenidən bağladığını elan edib.
Hadisə ilə bağlı əlavə məlumatların gələcəyi gözlənilir.
Mövsüm,
AzNews.az