Bu gün Türkiyənin xarici işlər naziri Hakan Fidan Antalya Diplomatiya Forumu çərçivəsində rusiyalı həmkarı Sergey Lavrov ilə görüşüb.
AzNews.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, ikitərəfli görüş zamanı beynəlxalq və regional gündəliyin əsas məsələləri, o cümlədən Fars körfəzi və Yaxın Şərqdəki vəziyyət ətraflı müzakirə olunub.