Lavrov ifşa etdi: ABŞ enerji bazarını ələ keçirmək istəyir

18 Aprel 2026 15:38 (UTC+04:00)

Rusiya ilə ABŞ administrasiyası arasında, xüsusilə ikitərəfli məsələlər və sanksiya siyasəti üzrə çoxsaylı fikir ayrılıqları mövcuddur.

Bunu Antaliya Diplomatik Forumunda Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

“Hazırkı ABŞ administrasiyası ilə, xüsusilə davam edən proseslərlə bağlı çox ciddi fikir ayrılıqlarımız var. Bayden dövründən qalan sanksiyaların heç biri ləğv edilməyib, hətta diplomatik mülkiyyət də geri qaytarılmayıb,” – deyə o qeyd edib.

Lavrov əlavə edib ki, ABŞ prezidenti Donald Tramp administrasiyası açıq şəkildə ABŞ-ın qlobal enerji bazarlarında dominantlıq məqsədi güddüyünü bildirir. Onun sözlərinə görə, Venesuela və Fars körfəzindəki addımlar, eləcə də “Türk axını” layihəsində Amerika şirkətlərinin pay alması ilə bağlı müzakirələr bu strategiyanın tərkib hissəsidir.