İraq neft ixracının yaxın günlərdə bərpa olunacağını bildirib

18 Aprel 2026 15:41 (UTC+04:00)

İraqın Neft Nazirliyi bildirib ki, ölkənin bütün yataqlarından neft ixracı yaxın günlərdə tam bərpa olunacaq. Bu barədə aprelin 18-də Reuters məlumat yayıb.

Məlumata görə, enerji sektorundan dörd mənbə İraqın ölkənin cənubundan neft ixracını, Hörmüz boğazında gəmiçilik problemləri səbəbindən yaranan bir aydan çox fasilədən sonra yenidən başladığını bildirib.

Yaxın Şərqdəki müharibə və Hörmüz boğazının blokadası səbəbindən İraq 2026-cı ilin martında neft hasilatını bəzi məlumatlara görə 60%-ə qədər azaltmışdı. Əsas ixrac marşrutları təhlükəsiz daşınmanın mümkün olmaması səbəbilə dayandırılmışdı.