Əkin sahəsindən 63 yaşlı kişi meyiti tapıldı

19 Aprel 2026 10:27 (UTC+04:00)

Samuxda əkin sahəsindən kişi meyiti tapılıb.

Aznews.az xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, 1963-cü il təvəllüdlü Y.Həsənovun meyiti rayon ərazisində yerləşən qış otlaq sahəsindən aşkarlanıb.

İlkin məlumata görə, 63 yaşlı kişi ürək tutmasından dünyasını dəyişib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.