Serbiya Prezidenti gələn ay Azərbaycana səfər edəcək

19 Aprel 2026 16:19 (UTC+04:00)

Serbiya Prezidenti Aleksandar Vuçiç may ayında Azərbaycana səfər edəcək.

Aznews.az xəbər verir ki, A. Vuçiç bu barədə Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığında bildirib.

O qeyd edib ki, gələn ay Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun XIII Sessiyasında iştirak edəcək.