Xavyer Miley İsraildə rəsmi səfərdədir

19 Aprel 2026 16:34 (UTC+04:00)

Argentina Prezidenti Xavyer Miley İsraildə rəsmi səfərdədir.

Aznews.az xəbər verir ki, səfər çərçivəsində o, ölkəsinin Qüdsdə səfirliyinin açılışında iştirak edəcək.

Qeyd olunub ki, Miley həmçinin İsrailin Müstəqillik Günü mərasimində məşəl yandıracaq və Ben-Qurion Hava Limanından Buenos-Ayresə birbaşa aviareysin açılacağını elan edəcək.