Ucarda yol qəzası olub, 12 yaşlı qız xəsarət alıb

19 Aprel 2026 17:12 (UTC+04:00)

Ucarda yol qəzası olub, xəsarət alan var.

Aznews.az xəbər verir ki, hadisə rayonun Oğuz küçəsində baş verib.

Hərəkətdə olan "VAZ 2107" markalı minik avtomobili, piyada, rayonun Qarabörk kənd sakini, 2014-cü il təvəllüdlü Sevda Rövşən qızı Kərimlini vurub. Zərərçəkən rayon xəstəxanasına yerləşdirilib.

Fakt araşdırılır.