Gəncədə iki avtomobil toqquşub, üç nəfər xəsarət alıb

19 Aprel 2026 17:29 (UTC+04:00)

Gəncədə iki avtomobilin toqquşması nəticəsində üç nəfər xəsarət alıb.

Aznews.az xəbər verir ki, hadisə Əziz Əliyev küçəsində baş verib.

"BMW" və "Changan" markalı maşınlar tooquşub. Hadisə zamanı 1949-cu il təvəllüdlü Nüsrəddin Qasımov, 1968-ci il təvəllüdlü Valeh Həsənov və 1975-ci il təvəllüdlü Vəli Hüseynov xəsarət alıblar. Xəstəxanaya çatdırılan şəxslərə ilkin tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.