Biləsuvarda 23 yaşlı kişinin meyiti tapılıb

19 Aprel 2026 18:56 (UTC+04:00)

Biləsuvar rayonunda kişi meyiti tapılıb.

Aznews.az xəbər verir ki, hadisə rayonun Səmədabad kəndində qeydə alınıb.

Belə ki, səhər saatlarında kənd sakini 2003-cü il təvəllüdlü İbadov Riyad Xəlil oğlu İbadovun meyiti yaşadığı ünvanda, evin həyətində yerləşən tikilidə tapılıb.

Faktla bağlı araşdırma aparılır.