Uşaqlar tərk edilmiş evdən 43 min avro tapdı

21 Sentyabr 2013 16:29 (UTC+04:00)
Yunanıstanda uşaqlar tərk edilmiş evdə içində 43 min avro olan çuval tapıb. Hadisə Yanin şəhərində baş verib. Yerli sakinlər uşaqların əskinaslarla oynadığını, onları cırdığını görüb. Şəhər polisi məsələ ilə maraqlananda uşaqlar pulu tapdıqları ünvanı göstəriblər.

Araşdırma nəticəsində müəyyən edilib ki, pul tərk edilmış evin qonşuluğunda yaşayan 83 yaşlı qadına məxusudur. O, yığdığı pulları 3 il əvvəl bank hesabından çıxararaq gizlədib. Ancaq sonradan pulları harada gizlətdiyini unudub və onları tapa bilməyib.

Elnur
AzNews.az