İslamabad İran-ABŞ danışıqlarına hazırlaşır

20 Aprel 2026 13:37 (UTC+04:00)

Pakistan hakimiyyəti münaqişə tərəfləri olan ABŞ və İran ilə diplomatik təmasları gücləndirib. Məqsəd aprelin 21-də danışıqların ikinci raundunun keçirilməsinə nail olmaqdır.

Bu barədə Associated Press (AP) mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, bazar ertəsi Pakistan tərəfi İslamabad şəhərində görüşün keçirilməsinə hazırlaşıb, baxmayaraq ki, bu hələ tərəflərdən heç biri tərəfindən rəsmi təsdiqlənməyib.

Hakimiyyət paytaxtda təhlükəsizlik tədbirlərini gücləndirib. Xüsusilə görüşün keçirilə biləcəyi otel ətrafında nəzarət artırılıb, bəzi yollar bağlanıb, nəzarət-buraxılış məntəqələrində hərbçilər yerləşdirilib və turistik obyektlərə giriş məhdudlaşdırılıb.

Mövsüm,

AzNews.az