İqtisadi Zonaların İnkişafı Agentliyi auditor seçib

20 Aprel 2026 13:55 (UTC+04:00)

İqtisadiyyat Nazirliyinin tabeliyindəki İqtisadi Zonaların İnkişafı Agentliyi maliyyə hesabatlarının auditi ilə bağlı elan etdiyi kotirovka sorğusuna yekun vurub.

Aznews.az xəbər verir ki, sorğunun qalibi "Baker Tilly Audit Azərbaycan" QSC-dir.

Qalib şirkətə 37 760 manat ödəniləcək.

Ötən il də bu sorğunun qalibi "Baker Tilly Audit Azərbaycan" olub. Şirkətə 38 940 manat ödənilib.