Azərbaycan buğda idxalını 29 % artırıb

20 Aprel 2026 13:59 (UTC+04:00)

Bu ilin yanvar-mart aylarında Azərbaycan 371 min 801 ton buğda idxal edib.

Aznews.az xəbər verir ki, bu həcmdə buğdanın dəyəri 82 milyon 765 min ABŞ dolları olub.

Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 83 min 806 ton (29 %), dəyər baxımından isə 20 milyon 520 min dollar (33 %) çoxdur.

Hesabat dövründə buğda idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 2 %-ni təşkil edib.

Bu ilin yanvar-mart aylarında Azərbaycan xarici ölkələrlə 9 milyard 407 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 21,9 % azdır.

Xarici ticarət dövriyyəsinin 5 milyard 402 milyon ABŞ dolları ixracın, 4 milyard 5 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 15,4 % azalıb, idxal isə 29,3 % azalıb.

Son nəticədə xarici ticarətdə 1 milyard 398 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 93,4 % çoxdur.