Rusiya regionda daha da gərginləşmənin qarşısını almaq üçün ABŞ və İran arasında danışıqların davam etdirilməsinə ümid edir.
Bu barədə Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında qeyd edib.
Dmitri Peskov bildirib ki, "Körfəzdəki vəziyyətin kövrək və gözlənilməz olduğunu görə bilərik. Ümid edirik ki, danışıqlar prosesi davam edəcək və hərbi ssenariyə doğru daha da eskalasiyanın qarşısını ala biləcəyik".
Peskov əlavə edib ki, Moskva razılaşmanın əldə olunmasında kömək etməyə hazırdır.
“Rusiya hazırda danışıqlar prosesində vasitəçi deyil, lakin biz sülh yolu ilə həlli asanlaşdırmaq və razılığa gəlməyə kömək etmək üçün hər cür yardım göstərməyə hazırıq”, - deyə o bildirib.
Mövsüm,
AzNews.az