Ramil Usubov vətəndaşlarla görüşdü

21 Sentyabr 2013 17:25 (UTC+04:00)
Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov bu gün Lənkəran şəhərində vətəndaşlarla görüş keçirib.


DİN-in mətbuat xidmətindən verilən məlumata görə, Şəhər-Rayon Polis Şöbəsində təşkil olunan qəbulda Lənkəran, Cəlilabad, Masallı, Astara, Yardımlı və Lerik rayonlarının sakinləri iştirak ediblər. Vətəndaşları qəbul edən nazir onların müraciətlərini dinləyib, qaldırılan məsələlərin operativ şəkildə həll edilməsi üçün konkret tapşırıqlar verib. Müraciətlərin böyük əksəriyyəti yerindəcə həll olunub. Polis fəaliyyətinə aid olmayan ərizələrin aidiyyəti üzrə digər dövlət orqanlarına göndəriləcəyi və onlara qanunvericiliyə uyğun şəkildə baxılacağı nəzərə çatdırılıb.

AzNews.az