ABŞ Prezidenti: İranla razılaşma əldə olunana qədər blokadanı ləğv etməyəcəyik

20 Aprel 2026 23:10 (UTC+04:00)

Tehran razılığa gələnə qədər ABŞ Hörmüz boğazındakı İran limanlarını blokadada saxlamağa davam edəcək.

Aznews.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp "TruthSocial"da yazıb.

"Ən əsası, İranı tamamilə məhv edən blokada, razılaşma əldə olunana qədər qaldırılmayacaq. Onlar gündə 500 milyon dollar itirirlər ki, bu da qısa müddətdə belə davamlı olmayan bir rəqəmdir", - deyə o vurğulayıb.

Trampın sözlərinə görə, bir çox xarici media nümayəndəsi İranın tərəfini tutaraq Amerika əleyhinə ritorika yayır. Lakin, Amerika lideri iddia edir ki, o, hakimiyyətdə qaldığı müddətcə Tehran bu müharibədən qalib çıxmayacaq:

"Bu vətənpərvər olmayan insanlar məhdud enerjilərinin hər zərrəsini seçkilərdə mənimlə mübarizə aparmaq üçün istifadə etdikləri kimi, İranla da eyni şeyi etməyə davam edirlər. Nəticə eyni olacaq - artıq belədir!".