Sumqayıtda baş memar vəzifəsinə yeni təyinat olub

20 Aprel 2026 23:11 (UTC+04:00)

Sumqayıt Şəhər İcra Hakimiyyətində kadr dəyişikliyi həyata keçirilib.

Aznews.az xəbər verir ki, Fərid Ərşadlı şəhərin baş memarı vəzifəsinə təyin olunub.

Qeyd edək ki, bu vəzifəni bundan əvvəl Rəşad Əhmədəliyev icra edirdi.

Sumqayıt şəhər İcra Hakimiyyəti məlumatı təsdiqləyib.