Quldur dəstəsinin başçısı öldürüldü

21 Sentyabr 2013 18:30 (UTC+04:00)
Rusiyanın Dağıstan Respublikasının paytaxtı Maxaçqala şəhərində polis əməkdaşlarının keçirdiyi xüsusi əməliyyat nəticəsində yerli quldur dəstəsinin başçısı məhv edilib.

APA-nın məlumatına görə, əməliyyat zamanı "Xəzər" quldur dəstəsinin lideri, 1968-ci il təvəllüdlü Zaur Şeyxməhəmmədov polis əməkdaşlarına odlu silahdan atəş açıb. Cavab atəşi nəticəsində federal axtarışda olan Z.Şeyxməhəmmədov öldürülüb.


AzNews.az