Kumuto qəbiristanlığında, Trinidad və Tobaqoda (Cənubi Amerika regionu) 50 körpə və 6 böyüyə aid insan qalıqları aşkar edilib.
Bu barədə "People" jurnalı ölkə polisinə istinadən məlumat yayıb.
Polisin məlumatına görə, böyüklərə aid qalıqlar arasında 4 kişi və 2 qadın var. Onlardan bir kişi və bir qadında əvvəllər aparılmış yarılma (autopsiya) izləri müəyyən edilib. Böyüklərin demək olar ki, hamısında — bir kişi istisna olmaqla — identifikasiya nişanları (etiketlər) olub.
“Hələlik ilkin məlumatlar göstərir ki, bu, sahibsiz qalan cəsədlərin qanunsuz şəkildə dəfn edilməsi halı ola bilər,” – deyə hüquq-mühafizə orqanları bildirib.
Mövsüm,
AzNews.az